"Bank VTB Azərbaycan"ın xalis mənfəəti 27 %-ə yaxın azalıb
"Bank VTB Azərbaycan" ASC bu ilin yanvar-sentybr aylarını 7,678 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,8 % azdır.
9 ayda "Bank VTB Azərbaycan"ın gəlirləri 41,455 milyon manat (1 il əvvələ nisbətən 2,4 % az), xərcləri 34,251 milyon manat (5,2 % çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 325 min manat (44,7 % az), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 148 min manat (1 il bundan əvvəl vergi ödəməyib) təşkil edib.
Bu il oktyabrın 1-nə "Bank VTB Azərbaycan"ın aktivləri 367,79 milyon manat olub ki, bu da illik müqayisədə 23,3 % çoxdur. Bunun 270,933 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 29,3 % böyüyüb.
Hesabat dövründə "Bank VTB Azərbaycan"ın öhdəlikləri 33,5 % artaraq 249,454 milyon manata, o cümlədən depozit portfeli 48,9 % artaraq 153,423 milyon manata, balans kapitalı isə 6,1 % artaraq 118,336 milyon manata çatıb.
Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,815 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya" ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq" MMC-nin keçmiş baş direktoru) məxsusdur.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
"Bank VTB Azərbaycan"ın depozit portfeli 11 %-ə yaxın azalıb
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
"Bank VTB Azərbaycan"ın depozit portfeli 15 %-dən çox azalıb
"AFB Bank"ın xalis mənfəəti 7 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər













