Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir
Oktyabrın 15-də Bakıda inklüziv məşğulluq sahəsinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Far.Az AZƏRTAC-a istinadla xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən tanınmış ekspertləri, dövlət qurumlarını, beynəlxalq təşkilatları, özəl sektor nümayəndələrini, akademik dairələri və vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı autizmli və digər əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində Azərbaycanın ən genişmiqyaslı beynəlxalq platformalarından biri olub.
Konfransın əsas məqsədi inklüziv məşğulluq sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tətbiqini təşviq etmək, dövlət-özəl sektor əməkdaşlığını genişləndirmək, işəgötürənləri əlçatan və inklüziv iş mühitinin yaradılması istiqamətində maarifləndirmək, eləcə də autizmli və digər əlilliyi olan şəxslərin dayanıqlı məşğulluq imkanlarının artırılmasına töhfə verməkdir.
Konfransda İrlandiya, Fransa, Türkiyə və digər ölkələrdən tanınmış mütəxəssislər iştirak ediblər.
Tədbirdə, həmçinin Azərbaycanın aparıcı dövlət qurumları və özəl sektor nümayəndələri inklüziv məşğulluq sahəsində həyata keçirdikləri təşəbbüsləri və uğurlu təcrübələri təqdim ediblər.
Tədbir Heydər Əliyev Fondu, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, "Regional İnkişaf" İctimai Birliyi və "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən təşkil olunub.
Konfransın baş sponsoru "AzerGold" QSC, sponsorları isə bp Azərbaycan, Kapital bank, Azərbaycan Hava Yolları və "AirArabia"dır.
Tədbir əsas tərəfdaş SOCAR Midstream Gas Operations və tərəfdaş qurumlar Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Beynəlxalq İnklüziv Məşğulluq Konfransının ilk günündə tədbirin rəsmi açılış mərasimi keçirilib. Daha sonra beynəlxalq konfrans öz işini panel sessiyalarla davam etdirib.
Konfrans işini oktyabrın 16-da müxtəlif praktiki təlimlərlə davam etdirəcək.
Qalereya
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













