Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
Süni intellektin (Sİ) inkişafı müəyyən şərtlər daxilində 2030-cu ilədək ABŞ iqtisadiyyatının həcmini təxminən 50 faiz artıraraq ümumi daxili məhsulun (ÜDM) 44 trilyon dollara çatmasını təmin edə bilər.
"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Amerikanın Anthropic şirkətinin həmtəsisçisi Cek Klark Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının Banqkokda keçirilən illik toplantılarında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu proqnoz Anthropic şirkətinin daxili modellərindən biri əsasında hazırlanıb. Hesablamalar süni intellekt texnologiyalarının daha da təkmilləşəcəyini və artıq elmi tədqiqatların sürətlənməsinə töhfə verən bu texnologiyaların gələcəkdə daha böyük nəticələrə səbəb olacağını nəzərdə tutur.
Klark ABŞ iqtisadiyyatının hazırkı 30 trilyon dollardan bir qədər çox olan ÜDM-nin 44 trilyon dollara yüksəlməsi ehtimalını şərh edərkən belə bir ssenarinin ilk baxışdan inandırıcı görünmədiyini etiraf edib.
"Bunun tamamilə qeyri-real səsləndiyini başa düşürəm", – deyə o qeyd edib.
Bununla yanaşı, Anthropic şirkətinin həmtəsisçisi süni intellektin sürətli inkişafının ciddi təhlükələr yaratdığı barədə xəbərdarlıq edib. Onun fikrincə, bu texnologiyadan bioloji və kiber silahların hazırlanması məqsədilə istifadə olunması mümkün risklər sırasındadır.
"Yaxın illərdə təkcə süni intellekt sahəsində deyil, bütövlükdə elmdə tərəqqinin sürəti artacaq. Bu, böyük sərvət yaradacaq, lakin eyni zamanda ciddi təhdidlərə də yol aça bilər", – deyə Klark bildirib.
O, süni intellektin inkişafı ilə bağlı risklərin qarşısının alınması üçün dövlətləri beynəlxalq əməkdaşlığı gücləndirməyə və texnologiyanın tənzimlənməsi üzrə sərt qaydalar hazırlamağa çağırıb. Klark vurğulayıb ki, zəruri tədbirlərin görülməsi üçün cəmi bir neçə il vaxt qalıb.
Şirkət rəhbəri süni intellektin əmək bazarına təsirinə də toxunub. Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi artıq bəzi sahələrdə iş yerlərinin azalmasına səbəb olsa da, eyni zamanda yeni məşğulluq imkanları yaradır. Bu imkanlar, xüsusilə, elmi tədqiqatlar sahəsində özünü göstərə bilər.
Beləliklə, Klarkın fikrincə, süni intellekt yaxın illərdə iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrilə bilər. Lakin bu potensialdan səmərəli istifadə etmək üçün texnoloji tərəqqi ilə yanaşı, onun doğura biləcəyi təhlükələrin idarə olunması da vacib olaraq qalır.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb













