Nazir müavini: Həssas qrupların sosial müdafiəsində UNICEF-lə birgə layihələr həyata keçirilir
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” tədbiri keçirilib.
"Far.Az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfdaşlığı ilə baş tutan tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər iştirak edib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov insan inkişafının təmin edilməsi, həssas qruplara aid uşaqların və ailələrin sosial dəstək mexanizmləri ilə əhatə olunması sahəsində ölkəmizin təcrübəsini qeyd edib. O, pandemiya dövründə hazırlanaraq həyata keçirilən sosial müdafiə mexanizmlərini, görülən bu tədbirlərin müsbət nəticələrini qeyd edib.
Nazir müavini ölkəmizdə sosial təminat sisteminin, sosial xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi üçün aparılan islahatları diqqətə çatdırıb. Həssas əhali qruplarına yönələn sosial müdafiə sisteminin bundan sonra da inkişaf etdirilməsinin dövlətimizin siyasətində prioritet istiqamətlərdən olduğunu, bu istiqamətdə davamlı addımlar atıldığını qeyd edib.
A.Kərimov həssas qruplarla bağlı sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi işlərində UNICEF-lə birgə layihələrin önəmini diqqətə çatdırıb.
Tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin çıxışları dinlənilib. İqlim fəaliyyəti zamanı sosial müdafiənin mühüm roluna, iqlim maliyyəsinin həssas qruplardan olan insanlar üçün dəstək yönümlü olmasına, həmin insanların, ümumən insan inkişafının iqlim dəyişikliklərinin fəsadlarından qorunması mexanizmlərinin hazırlanması, onların sosial müdafiə ilə əhatə olunması məsələlərinə dair müzakirələr aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Nazirlik COP29 çərçivəsində müzakirə olunacaq sosial mövzuları açıqlayıb
UNICEF-in direktor müavini: Azərbaycan uğurlu COP tədbirinə ev sahibliyi edəcək
UNICEF-in direktor müavini: Azərbaycanın COP sədrliyində uşaqlarla bağlı uğurlu təşəbbüslər planı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













