Səhiyyə Nazirliyi Xankəndidə uşaqlar üçün tibbi aksiya keçirdi
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində yaşayan uşaqlar üçün genişmiqyaslı səyyar tibbi müayinələr təşkil olunub.
Far.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bu təşəbbüs azad olunmuş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli səhiyyə xidmətlərinə çıxışını gücləndirmək və uşaqların sağlam inkişafını dəstəkləmək məqsədi daşıyıb. Uşaqlara göstərilən diqqət və qayğı aksiya boyu xüsusi rəmzi məna kəsb edərək Uşaqların Müdafiəsi Gününün mahiyyətini daha da dərinləşdirib.
Aksiya çərçivəsində institutun yüksəkixtisaslı həkim komandası - pediatrlar, nevroloqlar, kardioloqlar, endokrinoloqlar, oftalmoloqlar, otorinolarinqoloqlar və digər mütəxəssislər - uşaqları hərtərəfli tibbi müayinədən keçirib. Onların ümumi sağlamlıq vəziyyəti qiymətləndirilib, profilaktik baxışlar aparılıb, zəruri laborator və instrumental müayinələr icra olunub.
Aşkarlanan xəstəliklər və sağlamlıq problemləri ilə bağlı valideynlərə ətraflı tibbi məsləhətlər verilib, fərdi tövsiyələr təqdim edilib. Ehtiyac yarandığı hallarda uşaqların ixtisaslaşmış tibb müəssisələrində müalicə və davamlı nəzarətə yönləndirilməsi təmin olunub.
Bununla yanaşı, valideynlərlə maarifləndirici görüşlər keçirilib. Həmin görüşlərdə uşaqların düzgün qidalanması, peyvəndlənmə, mövsümi xəstəliklərdən qorunma, sağlam həyat tərzi və psixoloji inkişaf kimi mühüm mövzular ətraflı izah olunub.
Ümumilikdə 310-a yaxın uşaq tibbi baxışdan keçirilib.
Bu səyyar müayinələr "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində azad olunmuş ərazilərdə səhiyyə xidmətlərinin mərhələli şəkildə gücləndirilməsinin tərkib hissəsi kimi həyata keçirilib. Gələcəkdə də bu cür profilaktik tədbirlərin davam etdirilməsi planlaşdırılır.
Uşaqların sağlam gələcəyi naminə atılan hər addım ölkənin sabahına verilən ən böyük dəyərdir.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
FHN şagird və müəllimlərlə təlim keçirdi
Xankəndidə Zəfər atəşfəşanlığı
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda 9 mərtəbəli yataqxana TƏMİR OLUNACAQ
-
Kürşad Zorlu: Özbəkistanın latın əlifbasına keçidlə bağlı qanunu qəbul etməsindən məmnunuq
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ
-
Səudiyyə Ərəbistanına dron hücumuna görə İraqda hərbi komandir işdən çıxarılıb
-
Səudiyyə Ərəbistanı XİN: Neft kəmərinə hücum edən dronlar İraqdan buraxılıb
-
Türkiyədə 2027-2029-cu illər üzrə Dövlət İnvestisiya Proqramının hazırlıqlarına başlanılıb













