Tehranın keçmiş meri "mətbuat azadlığını pozmaqda" təqsirli bilinib
Far.Az xəbər saytı

Tehranın keçmiş meri "mətbuat azadlığını pozmaqda" təqsirli bilinib


İran məhkəməsi Tehran şəhərinin keçmiş meri Qulamhüseyn Kərbasçini "mətbuat azadlığının pozulması" işi üzrə təqsirli bilib.

"Report" xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, "Həmmihan" ("Həmvətən") qəzetinin baş redaktoru Qulamhüseyn Kərbasçi "İslam Respublikasının əsaslarına zərər vuran məqalənin yayılmasında, yalan və etibarsız məlumatların dərcində, "Uşaqların və yetkinlik yaşına çatmayanların həbsdə saxlanılmasına görə məhkum edilmə", "İslahatçılar üçün tarixi seçim vaxtı" və "Müraciət imtiyazı pozulanda", həmçinin vətəndaşları milli təhlükəsizliyi pozan hərəkətlərə təhrik etməyə sövq edən "Müraciətdə şəxsi toxunulmazlıq pozulanda" və "Tərəflər və etirazlar" başlıqlı məqalələrinə görə ittiham olunub.

Qulamhüseyn Kərbasçi isə ittihamları rədd edərək yazıları mətbuat qarşısındakı öhdəliklərinə uyğun olaraq dərc etdiklərini bildirib.

Xatırladaq ki, Qulamhüseyn Kərbasçi 1954-cü il avqustun 23-də İranın Qum şəhərində anadan olub. İslahatçı siyasətçilərdən sayılır. Qurucular Partiyasının keçmiş baş katibi və 1990–1998-ci illərdə Tehranın meri olub. Eyni zamanda şəhərin məşhur "Həmşəhri" qəzetinin təsisi olunması da onun adı ilə bağlıdır.

O, 1998-ci ildə "maliyyə mənimsənilməsi və korrupsiya ittihamları ilə həbs olunub. İranın Suriyadakı hərbi müdaxiləsini tənqid etdiyinə və "problemlərin silahla yox, diplomatiya ilə həll edilməli olduğunu" müdafiə etdiyinə görə 2018-ci ildə yenidən birillik həbs cəzasına məhkum edilib.

2026-cı ilin oktyabrında İran dövlət televiziyasında çıxış edərək ölkənin iqtisadi böhranını və ABŞ ilə olan münaqişəni kəskin tənqid edib. İranın potensialının ABŞ ilə müharibə aparmağa yetmədiyini vurğulayaraq hakimiyyəti emosional yox, rasional qərarlar verməyə və sülh sazişinə çağırıb. Bu çıxışdan sonra barəsində məhkəmə qurulub və təqsirli bilinib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Dünya mediası Azərbaycan Prezidentinin IV Şuşa Forumundakı çıxışını işıqlandırmaqda davam edir
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər