Superkubokun qalibi Fatimə Hüseynli: "Əsas məqsədim Avropa Oyunlarına lisenziya qazanmaqdır"
Kamandan oxatma üzrə Azərbaycan Superkubokunun qalibi olan Fatimə Hüseynli Avropa Oyunlarına lisenziya əldə etməyi hədəfləyib.
İdmançı bunu "Far.Az"a açıqlamasında deyib.
O, yarışın gözlədiyindən də uğurlu keçdiyini bildirib:
"Superkubokda qızıl medal qazanmaq mənim üçün çox böyük uğurdur və zəhmətimin bəhrəsidir. Yarışa yaxşı hazırlaşmışdım və əsas məqsədim çempion olmaq idi. Şükürlər olsun ki, bu hədəfə çatdım. Yarışa hazırlıq mərhələsində üzərimdə işləyir, texnikamı təkmilləşdirməyə və səhvlərimi minimuma endirməyə çalışırdım. Bu qələbədə məşqçilərimin rolu çox böyükdür. Onların dəstəyi, məsləhətləri və inamları mənim üçün çox önəmlidir".
F.Hüseynli kişilər arasında yarışın qalibi olan Məhəmmədəli Əliyevlə qarşılaşmasını da dəyərləndirib:
"Məhəmmədəli Əliyevlə mübarizə aparmaq mənim üçün çox yaxşı təcrübə oldu. Düşünürəm ki, yaxşı çıxış etdim və bacardığımın ən yaxşısını göstərməyə çalışdım. Lakin külək amili və texniki atışlar zamanı bəzi səhvlər nəticəyə təsir göstərdi. Məğlub olsam da, bu qarşılaşmanı özüm üçün dəyərli sınaq hesab edirəm. Mənim üçün əsas olan səhvlərdən nəticə çıxarmaq və növbəti yarışlarda daha yaxşı nəticə göstərməkdir".
Gənclər kateqoriyasında son ilinə qədəm qoyacağını xatırladan idmançı gələcək hədəflərindən danışıb:
"Hazırkı nəticəmlə kifayətlənməyib, öz üzərimdə daha çox çalışmaq, xüsusilə küləkli havada atışlarımı yaxşılaşdırmaq istəyirəm. Növbəti il mənim üçün xüsusi əhəmiyyət daşıyır, çünki gənclər kateqoriyasında son ilim olacaq. Avropa yarışlarında ölkəmizi layiqincə təmsil etmək, bayrağımızı yüksəklərə qaldırmaq və himnimizi səsləndirmək ən böyük arzularımdandır. Eyni zamanda, Avropa Oyunlarına lisenziya qazanmaq və dünya çempionatında uğurlu nəticə göstərmək istəyirəm".
Qeyd edək ki, Fatimə Hüseynli Azərbaycan Superkubokunda 70 metr məsafədə qadınlar arasında qızıl medal qazanıb. O, kişilər arasında çempion Məhəmmədəli Əliyevə isə məğlub olub.
Oxşar xəbərlər
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
ATU və Azərbaycan Kamandan Oxatma Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Kamandan oxatma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Pentaqon rəhbəri İsrailə gizli səfər edib













