Tamaş Torma: Macarıstan Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard dollar investisiya yatırıb
Macarıstan Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard dollar investisiya yatırıb və ölkədəki mühüm investorlardan biridir.
"Report" xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Macarıstanın Milli Günü və 1956-cı il inqilabının 70-ci ildönümü münasibətilə keçirilən qəbulda bildirib.
Səfir qeyd edib ki, 2023-cü ildən Azərbaycanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Onun sözlərinə görə, ölkələr energetika, kənd təsərrüfatı, əczaçılıq və su təsərrüfatı sahələrində əməkdaşlıq edir. Bakı və Budapeşt həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti davam etdirir.
"MOL və MVM şirkətləri iri neft, kondensat və təbii qaz yataqlarında paylar əldə edib. Azərbaycan iqtisadiyyatına təqribən 2 milyard dollar sərmayə yatıran Macarıstan ölkədəki mühüm investorlardan biridir", - o bildirib.
Torma vurğulayıb ki, ikitərəfli əməkdaşlıq bərpa olunan enerji sahəsini də əhatə edir.
"Azərbaycan və Macarıstan eyni yaşıl enerji dəhlizi layihəsində iştirak edir. Bundan əlavə, MVM şirkəti "Şəfəq" günəş elektrik stansiyasının səhmdarıdır", - səfir bildirib.
Azərbaycanın beynəlxalq rolundan danışan diplomat, ölkənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və onun iri beynəlxalq nəqliyyat layihələrində iştirakını vurğulayıb.
"Ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa edən Azərbaycan bu gün beynəlxalq birliyin güclü, etibarlı və layiqincə hörmət edilən üzvüdür. Ölkə Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir, Şərqlə Qərb arasında strateji mövqeyi isə onu qlobal əhəmiyyətli bağlantı layihələrinin mərkəzinə qoyur", - Torma vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan sülhün, sabitliyin və təhlükəsizliyin təşviqi üçün öz strateji mövqeyindən məsuliyyətlə istifadə edir. Səfir həmçinin ölkənin iqlim dəyişikliyi ilə mübarizə, dayanıqlı şəhər mühitinin inkişafı və mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təşviqi sahəsindəki təşəbbüslərini qeyd edib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Fransada yeni etiraz aksiyasının tarixi AÇIQLANDI
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Pentaqon rəhbəri İsrailə gizli səfər edib













