Sahil Babayev: "Rəqəmsallaşma istiqamətində sürətli və kompleks addımlar atılır"
Azərbaycanda dövlət xidmətlərinin və dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində sürətli və kompleks addımlar atılır.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Bakıda keçirilən "Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ" adlı konfransda bildirib.
"Bu çərçivədə dövlət başçısı müvafiq dövlət proqramını və tədbirlər planını təsdiq edib. Həm cari ildə, həm növbəti ildə, həm də sonrakı illərdə rəqəmsallaşma sahəsində həyata keçiriləcək fəaliyyətin əlaqələndirilməsi üçün müvafiq şura yaradılıb. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın rəhbərliyi ilə bu şura ölkənin iqtisadi və sosial həyatının bütün istiqamətləri üzrə rəqəmsallaşma sahəsində həyata keçirilən fəaliyyətləri və tədbirləri əlaqələndirəcək", - deyə o qeyd edib.
Bundan başqa, nazir deyib ki, Azərbaycanda 260-dan artıq dövlət qurumunda elektron mühasibat sisteminin tətbiqinə başlanılıb: "Biz resursların planlaşdırılması yanaşması əsasında elektron mühasibat komponentinin yaradılmasına başlamışıq və artıq onu mərhələli şəkildə istifadəyə veririk. Avqust ayından etibarən 260-dan artıq dövlət qurumuna müvafiq təlimlər keçirilib. Hazırda dövlət qurumlarının mühasibat hesabatları tam elektronlaşdırılır. Hesab edirik ki, ilin sonuna qədər 2 milyondan artıq inventarın vahid elektron mühasibat sistemində qeydiyyata alınması və bununla da müvafiq bazanın formalaşdırılması təmin olunacaq".
Oxşar xəbərlər
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb
-
"Gəncə Mall"da oğurluq
-
Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb - Yenilənib
-
İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq













