İdman xadimi Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
Far.Az xəbər saytı

İdman xadimi Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib


Azərbaycan idmanının, xüsusilə də güləş məktəbinin inkişafında müstəsna xidmətləri olan görkəmli idman xadimi Firuddin Qurbanovun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib.

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib.

Daha sonra yubilyarın həyat və idman yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Azərbaycan Güləş Federasiyasının komitə sədri Elçin Cəfərov və idman veteranları çıxış edərək yubilyarın idmana verdiyi töhfələrdən, Azərbaycanın idman inkişafındakı rolundan danışıblar.

Sonda Firuddin Qurbanov çıxış edərək şəxsi xatirələrini bölüşüb, yetirmələrinə, dostlarına və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər