Brüsseldə aksiya iştirakçıları: İtkin düşmüş soydaşlarımız haqqında həqiqəti hər kəsə çatdırmaq istəyirik
Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin ailələri Brüsseldə növbəti dinc aksiya keçiriblər və məqsəd 30 ildən çox vaxt keçməsinə baxmayaraq, taleyindən hələ də xəbər olmayan 4 mindən çox insanın aqibətinə Belçika paytaxtının sakin və turistlərin diqqətini cəlb etmək olub.
"Far.Az"un Avropa bürosu xəbər verir ki, "Qarabağ İtkin Ailələri" İctimai Birliyinin üçüncü aksiyası paytaxtın mərkəzi meydanlarından biri olan "Place de l'Albertine"də keçirilib.
İtkin düşmüş şəxslərin şəxsi əşya, fotoşəkil və sənədləri nümayiş olunub. İştirakçıların sözlərinə kimi, onlar doğmalarının taleyi haqqında ən azından hər hansı bir məlumat almağa ümid edirlər.
"Biz cəmi bir neçə nəfərik, lakin bizim kimi gözləməyə və ümid etməyə davam edən bütün soydaşlarımızı təmsil edirik", – onlar bildiriblər.
Yoldan keçənlərə məlumat vərəqələri paylanılıb.
Brüsseldə işləyən niderlandlı Peter Novi təqdim olunan məlumatlarla tanış olub, aksiya iştirakçıları ilə söhbət edib və soruşub: "Mən necə kömək edə bilərəm?"
Digər bir gənc isə 4 min insanın itkin sayıldığını öyrəndikdə heyrətlənib: "Bu necə baş verib? Minlərlə insan harada və necə itkin düşə bilərdi?"
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində itkin düşən şəxslərin taleyi hələ də bilinmir. İtkin düşənlərin siyahısında 4010 nəfər, o cümlədən 71 uşaq, 288 qadın və 398 qoca yer alır.
Oxşar xəbərlər
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
Brüsseldə aksiya: Biz itkin düşmüş azərbaycanlıların taleyi barədə həqiqəti bilmək istəyirik
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
"Gəncə Mall"da oğurluq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır













