Azərbaycan və Hindistan XİN başçıları Cənubi Qafqazdakı mövcud vəziyyəti də müzakirə ediblər
Far.Az xəbər saytı

Azərbaycan və Hindistan XİN başçıları Cənubi Qafqazdakı mövcud vəziyyəti də müzakirə ediblər


Azərbaycan və Hindistan xarici işlər nazirləri Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyəti də müzakirə ediblər.

"Far.Az"un məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbuat üçün brifinqə deyib.

"Həmkarımla Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyəti müzakirə etdik. Azərbaycandan Ermənistana mal təchizatı, qurum nümayəndlərinin səfərləri və digər məqamlar görüşümüz zamanı müzakirə edildi. O cümlədən bu prosesin tam başa çatması üçün Ermənistandan gözlədiyimiz siyasi-hüquqi məsələləri də həmkarımın diqqətinə çatdırdım", - C.Bayramov qeyd edib.

Nazir bildirib ki, görüş zamanı Qarabağa qayıdış, bərpa-quruculuq və mina təhlükəsi konketskində də müzakirə aparılıb.

XİN rəhbəri, həmçinin regionda baş verən münaqişələr, Yaxın Şərq, Rusiya-Ukrayna münaqişəsi, onların yan təsirləri barədə də fikir mübadiləsi aparıldığını söyləyib.

O, Hindistan rəsmisinin bu səfəri və görüşləri nəticəsində iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə ümidini ifadə edib.

Oxşar xəbərlər

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Ağdam sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Ceyhun Bayramov İrpendə Azərbaycanın dəstəyi ilə bərpa olunan obyektlərdə olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər