Azərbaycanda məhkəmələrə ayrılan vəsait artır, hüquq-mühafizə xərcləri azalır
Azərbaycanda 2027-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə ayrılan vəsaitin 3 milyard 438 milyon 594 min 235 manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiqlənmiş dövlət büdcəsi ilə müqayisədə 102 milyon 304 min 518 manat və ya 3.1 faiz çoxdur.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə 2026-cı ilin təsdiqlənmiş büdcəsinin müqayisəsindən məlum olur.
Cari ilin büdcəsində sözügedən sahələr üzrə ümumilikdə 3 milyard 336 milyon 289 min 717 manat nəzərdə tutulub.
Layihəyə əsasən, 2027-ci ildə məhkəmə hakimiyyətinə 180 milyon 807 min 611 manat ayrılması planlaşdırılır. Bu, cari ilin göstəricisindən 26 milyon 930 min 99 manat və ya 17.5 faiz çoxdur.
Hüquq-mühafizə sahəsinə ayrılan vəsaitin isə 2 milyard 436 milyon 794 min 517 manatdan 2 milyard 416 milyon 294 min 516 manata endirilməsi nəzərdə tutulur. Beləliklə, bu istiqamətdə xərclərin 20 milyon 500 min manat və ya 0.8 faiz azalması gözlənilir.
Prokurorluq orqanlarının maliyyələşdirilməsinin 3 milyon 738 min 492 manat və ya 2.9 faiz artırılaraq 131 milyon 340 min 52 manata çatdırılması proqnozlaşdırılır.
Hüquqi yardım üçün ayrılan vəsaitin də 1 milyon 8 min 134 manat və ya 11.1 faiz artırılaraq 10 milyon 90 min 262 manata yüksəldilməsi planlaşdırılır.
Məhkəmə qərarlarının icrası üçün nəzərdə tutulan vəsait isə dəyişməyəcək və 10 milyon manat səviyyəsində qalacaq.
Ən böyük məbləğ artımı məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlər üzrə gözlənilir. Bu istiqamətdə xərclərin 598 milyon 934 min manatdan 690 milyon 61 min 794 manata çatdırılması nəzərdə tutulur. Artım 91 milyon 127 min 794 manat və ya 15.2 faiz təşkil edəcək.
Beləliklə, 2027-ci ildə sözügedən sahələr üzrə ümumi xərclərin artmasına baxmayaraq, hüquq-mühafizə istiqamətində maliyyələşmənin azaldılması planlaşdırılır. Ümumi 102.3 milyon manatlıq artımın təxminən 89 faizi isə "digər fəaliyyətlər" maddəsinin payına düşür.
Oxşar xəbərlər
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək" ticarət mərkəzindəki yanğın məhdudlaşıdırılıb
"Sədərək"dəki yanğın baş verən ərazidən SON GÖRÜNTÜLƏR
"Sədərək"dəki yanğın yenidən şiddətləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













