Los-Anceles miqrantların müdafiəsi üçün “sığınacaq şəhəri” statusu haqqında qərar qəbul edib
Los-Anceles Şəhər Şurası miqrantları federal təqibdən qoruyan sığınacaq şəhər statusu haqqında qərarı yekdilliklə qəbul edib.
“Far.Az” xəbər verir ki, bu barədə yazıb.
ABŞ-nin əhali sayına görə ikinci ən böyük şəhəri olan Los-Anceles rəsmi olaraq federal immiqrasiya qanunlarının icrasında şəhər resurslarının və işçilərinin istifadəsini qadağan edib. Bu qərar seçilmiş prezident Donald Trampın miqrantların kütləvi deportasiyası planları haqqında bəyanatları fonunda qəbul edilib.
Qərar şəhər qanunvericiliyi səviyyəsində miqrantların müdafiəsini təmin edir. Şura üzvü qeyd edib ki, bu tədbir miqrantlara onların qorxularının başa düşüldüyünü və nəzərə alındığını göstərməyə yönəlib.
Səsvermədən əvvəl meriya binası qarşısında təşəbbüsü dəstəkləyən aksiya keçirilib. İştirakçılar “Los-Anceles – indi sığınacaq şəhərdir!” yazılmış plakatlar tutub və ispan dilində “Nə istəyirik? Sığınacaq! Nə vaxt? İndi!” şüarları səsləndiriblər.
“Immigrant Legal Resource Center” qeyri-kommersiya təşkilatının məlumatına görə, 11 ştat artıq immiqrasiya sahəsində federal hakimiyyətlə əməkdaşlığı azaltmaq üçün addımlar atıb.
Yanvarın 20-də vəzifəyə başlayacaq Trampın keçid komandası bu mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Donald Trampın məsuliyyəti: “Amerikanı yenidən möhtəşəm et” - ŞƏRH
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Məmmədov: Azərbaycan radiosu Sovet dövründə milli düşüncənin qurulmasında əvəzsiz rol oynayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"













