Çinin XİN nümayəndəsi: “Çin-Avropa dəmiryolu ekspresi ilə 380 milyard dollarlıq yük daşınıb”
Bu ilin birinci yarısında Çin-Avropa dəmiryolu ekspresi ilə 90 mindən çox reys həyata keçirilib və ümumilikdə 380 milyard ABŞ dolları dəyərində yük daşınıb.
"Report" xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin Sərhəd və okean məsələləri departamentinin nümayəndəsi Qiu Xınlı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" mövzusunda tədbirdə deyib.
O bildirib ki, Çin-Avropa dəmiryolu ekspresi Çinin 123 şəhərini 25 Avropa ölkəsində 224 şəhər və 11 Asiya ölkəsində 108 şəhərlə birləşdirir.
Çin limanlarında rəqəmsal transformasiya və internet şəbəkəsi infrastrukturunun inkişaf etdirilməsi məsələsinə də toxunan departament nümayəndəsi qeyd edib ki, Çin dünya səviyyəli müasir limanların tikintisi üçün 56 limanda pilot layihələr həyata keçirir: "Bu limanlar ağıllı qurğular, rəqəmsal idarəetmə və regional əməkdaşlığa əsaslanan müasir limanlar kimi yenidən qurulur. Bundan əlavə, Çin-Vyetnam Ağıllı Limanı kimi layihələr regional əməkdaşlıqda yeni model yaradıb. Biz əməkdaşlıq modellərini daha da şaxələndirdik və təcrübəmizi qonşu ölkələrə də ötürürük".
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" İngiltərədə "Mançester Yunayted"ə böyük hesabla məğlub olub
-
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
-
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
-
UEFA Çempionlar Liqası: "Sabah" "Mançester Yunayted"ə böyük hesabla məğlub olub - YENİLƏNİB-7
-
Ölüm qapılarını döymədən dəqiqələr əvvəl - Şəkidə çəkilən son görüntülər
-
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq













