Bakı Metropoliteninə yeni sədr müavini təyin edilib
"Bakı Metropoliteni" QSC-nin İdarə Heyəti sədrinin yeni müavini Zaur Nağıyev olub.
Far.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Yeni təyinatdan sonra qurumda sədr müavinlərinin sayı üçə yüksəlib.
Zaur Nağıyev 1982-ci ildə anadan olub. O, 2004-cü ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2006-cı ildə isə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. 2008-ci ildə Böyük Britaniyanın Sauthempton Universitetində beynəlxalq dəniz hüququ üzrə intensiv təhsil proqramında iştirak edib. 2015-ci ildə isə Maastrixt İdarəçilik Məktəbi ilə ADA Universitetinin birgə proqramı çərçivəsində biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
Nağıyev 2005–2008-ci və 2009–2013-cü illərdə BMT-nin müxtəlif qurumlarında, o cümlədən UNHCR, WFP və UNICEF-də çalışıb. 2008–2009-cu və 2013–2014-cü illərdə SOCAR-ın Hüquq idarəsində böyük hüquq məsləhətçisi və vitse-prezidentin müşaviri vəzifələrində işləyib.
O, 2014-cü ildən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Hüquq departamentinə rəhbərlik edib, 2022-ci ildən isə həmin qurumun İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
Zaur Nağıyev ADA Universitetində də dərs deyir. O, Azərbaycan Vəkillər Kollegiyasının üzvü və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq ekspertidir.
Nağıyev 2017-ci ildə "Tərəqqi" medalı, 2018-ci ildə isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858–2018)" yubiley medalı ilə təltif olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə Mall"da oğurluq
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan" və "Qarabağ"ın aşağı yaş qrupları üçün danışılmış oyunlarla bağlı sessiya keçirilib
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq













