Bakıda 4 rayonda işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI
Təmir və yenidənqurma işləri ilə əlaqədar oktyabrın 28-də Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
"Azərişıq" ASC-dən Far.Az-ə verilən məlumata görə, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Yasamal və Nəsimi rayonlarının enerji təchizatı və satışı idarələrinin (RETSİ) xidməti ərazilərində yerləşən bir sıra transformator məntəqələrində, eləcə də Sabunçu RETSİ-nə daxil olan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq. Həmçinin Qaradağ rayonu ərazisində yeni komplekt transformator məntəqəsi quraşdırılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Arif Muradov, Əsəd Əhmədov, İsfəndiyar Zülalov, Məhəmməd Xiyabani, Mirəli Seyidov, Murtuza Muxtarov və Şamil Əzizbəyov küçələrində, Azərbaycan prospektində, həmçinin Yeni Yasamal 1 və 2 yaşayış massivlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Nəsimi rayonunda Rasim Səfərov küçəsi və 3-cü Alatava yaşayış massivinin bəzi ərazilərində saat 10:00-dan 12:00-dək elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən Şuşa şəhərciyində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 1-ci və 2-ci massivlərdə isə saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bildirilib ki, həyata keçirilən işlər elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsinə və artan yük tələbatının qarşılanmasına xidmət edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
-
"Times": Britaniyanın üç "Vanguard" atom sualtı qayığı dənizə buraxılıb
-
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
-
Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
-
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
-
U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariq yığmasına qalib gəlib













