Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər kimi xüsusilə ağır cinayətlərdə təqsirli bilinən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin köməkçisi olmuş Eldar Əmirova da hökm oxunub.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əmirov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət çevrilişinə cəhddə iştirak etməkdə təqsirli bilinən Əmirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, Eldar Əmirov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə DTX tərəfindən istintaqa cəlb edilib.
Xatırladaq ki, R.Mehdiyevin məhkəmə araşdırması ötən gün başa çatıb. Ramiz Ənvər oğlu Mehdiyev Cinayət Məcəlləsinin 193-1.3.2, 274, 278.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Mövcud xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti və yaşı nəzərə alınmaqla Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti tətbiq edilməsi qərara alınıb.
Eləcə də, həmin hökmlə Ramiz Ənvər oğlu Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi qərara alınıb. Həmçinin hökmə əsasən, Ramiz Mehdiyevin əmlakları barəsində dövlət nəfinə keçirilməklə xüsusi müsadirə tətbiq edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Ermənistan vətəndaşlarının məhkəməsində hökm elan olunub - YENİLƏNİB
Arayik Arutyunyan və digərlərinə hökm oxundu
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in yeni rəhbəri kimdir?
-
Azərbaycan güləşçisi Həsrət Cəfərov dünya çempionatını medalsız başa vurub
-
Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin!
-
İki gəncin ölümünə görə həbs edilən sürücü 3 gün sonra niyə evə buraxıldı?
-
Haitidə daşqın nəticəsində azı 4 nəfər ölüb













