Səməd Bəşirli: "Son 4 ildə Azərbaycanda qeyri-neft sənayesi 1,5 dəfə artıb"
Far.Az xəbər saytı

Səməd Bəşirli: "Son 4 ildə Azərbaycanda qeyri-neft sənayesi 1,5 dəfə artıb"


Azərbaycanda 2021-2025-ci illərdə qeyri-neft sənayesi 1,5 dəfə artıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

Onun sözlərinə görə, qeyri-neft ixracı da artıb: "Qeyri-neft sənayesində artım enerjiyə olan tələbatı artırır və bu, karbon emissiyası, ətraf mühit kimi məsələləri daha da aktuallaşdırır. Enerji tələbinin artması ilə yanaşı, biz daha çox alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməyi düşünürük. Bunun üçün Azərbaycan bir neçə meqa regional layihəyə start verib. Bunlar Xəzər-Qara dəniz-Avropa və Mərkəzi Asiya-Azərbaycan yaşıl enerji koridorlarıdır. Dayanıqlı inkişaf məqsədlərinin əsas sütunlarından birini təşkil edən təmiz enerji ilə bağlı irimiqyaslı layihələr həyata keçirilir".

S. Bəşirli qeyd edib ki, bu dövrlərdə cəlb olunan investisiyalar və imzalanmış müqavilələrin dəyəri artıq 8 giqavatı ötüb: "Azərbaycan "yaşıl enerji"nin dəstəklənməsi üçün investisiya təşviqi mexanizmini təqdim edir. Lakin investisiya təşviqi mexanizmi bərpa olunan enerji üçün vergi və gömrük güzəştləri təqdim edir".

Nazir müavini əlavə edib ki, bundan başqa, Sahibkarlığın İnkişafı Fondu kreditləşmə fəaliyyətində "yaşıl kreditlər" təqdim etməyə başlayıb: "Dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan layihələrdə bərpa olunan enerji və "yaşıl enerji" prosesinin dəstəklənməsi xüsusi əhəmiyyət kəsb edir. Bir də sənayenin dekarbonizasiyası yalnız enerji mənbələri ilə deyil, mövcud resursların daha səmərəli və ekoloji təmiz istifadəsi ilə bağlıdır".

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
NDU-da Dayanıqlı İnkişaf Məqsədləri üzrə maarifləndirmə tədbiri keçirilib
DİM yeddi imtahan keçirib, doqquz nəfərdə telefon aşkarlanıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər