Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı!
Far.Az xəbər saytı

Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı!


İqlim dəyişikliyi haqqında dəqiq, etibarlı və aktual məlumatları daha geniş auditoriya üçün əlçatan etmək məqsədilə Azərbaycanın ilk elmi və maarifləndirici radio stansiyası olan Planet FM (88.7) Yale Ətraf Mühit Kommunikasiyası Mərkəzinin (Yale Center for Environmental Communication – YCEC) gündəlik iqlim xəbərləri proqramı olan "Yale Climate Connections"ı yayımlamağa başlayacaq.

YCEC Yale Universitetinin Ətraf Mühit Məktəbinin nəzdində fəaliyyət göstərən mərkəzdir. 1701-ci ildə əsası qoyulmuş bu universitet ABŞ-nin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir.

Planet FM (88.7) Qafqazda Yale Ətraf Mühit Kommunikasiyası Mərkəzinin ilk radio tərəfdaşı olub. Bu əməkdaşlıq çərçivəsində YCEC tərəfindən hazırlanan, iqlim dəyişikliyi və ətraf mühit məsələləri ilə bağlı ictimai məlumatlılığın artırılmasına yönəlmiş "Climate Connections" proqramını həm "İqlim gündəliyi" verilişimizdə, həm də həftənin digər günlərində radiostansiyamızın efirində yayımlayırıq. Məqsədimiz auditoriyamızı iqlim və ətraf mühit məsələləri ilə bağlı etibarlı məlumatlarla təmin etmək, bu mövzularda məlumatlılığı artırmaq və iqlimlə bağlı məsələlərin ictimai gündəmdə daha geniş yer tutmasına töhfə verməkdir.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Trendyolmilla ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər