İspaniyada qatarların toqquşması nəticəsində 50 nəfər ölüb, 180-ə yaxın insan yaralanıb - Yenilənib-2
Far.Az xəbər saytı

İspaniyada qatarların toqquşması nəticəsində 50 nəfər ölüb, 180-ə yaxın insan yaralanıb - Yenilənib-2


İspaniyada iki qatarın toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan xəsarət alıb.

"Report" İspaniya mediasına istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança əyalətinin Mülki Qvardiyasından bildirilib.

Bildirilib ki, qatarlardan birində 147, digərində isə 397 nəfər olub.

İspaniyada qatarların toqquşması nəticəsində ən azı 39 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə Mülki Qvardiyanın məlumatlarına istinadən "Antenne3" telekanalı məlumat yayıb.

Bununla yanaşı, bildirilib ki, ən azı dörd vaqon aşıb.

Toledoda (İspaniya) Urda stansiyası yaxınlığında iki qatar toqquşub, ən azı 10 nəfər ölüb.

"Report" EFE agentliyinə istinadən xəbər verir ki, bu barədə Kastiliya-La-Mança hökumətinin mətbuat katibi Ester Padilya bildirib.

Qatarlardan biri "Renfe", digəri isə "Iryo" şirkətinə məxsus olub. "Renfe" şirkəti hazırda Madrid, Syudad-Real və Andalusiya arasında qatarların hərəkətinin dayandırıldığını bildirib.

Bildirilib ki, xəsarət alanların sayı çoxdur.

Qeyd edilib ki, vaqonlardan ikisi relsdən çıxıb.

Oxşar xəbərlər

İspaniyada iki qatarın toqquşması nəticəsində ölənlərin sayı 40-a çatıb - Yenilənib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İspaniyada iki qatar toqquşub, 10 nəfər ölüb
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər