ABŞ Şimali Koreyaya müdafiə dəstəyinə görə 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Far.Az xəbər saytı

ABŞ Şimali Koreyaya müdafiə dəstəyinə görə 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib


ABŞ Maliyyə Nazirliyi Şimali Koreyanın informasiya texnologiyaları (İT) mütəxəssislərinin gəlirləri ölkənin silah proqramlarının maliyyələşdirilməsinə yönəldilən dələduzluq sxemlərində iştirak etdikləri iddia olunan 10 fiziki şəxsə və bir təşkilata qarşı sanksiyalar tətbiq edib.

"Report" xəbər verir ki, bu barədə qurumun saytındakı bəyanatda bildirilib.

İddiaya görə, Şimali Koreyanın İT-mütəxəssisləri xarici şirkətlərdə işə düzəlmək üçün saxta sənədlərdən və qondarma şəxslərdən istifadə edirlər, ölkə hakimiyyəti isə onların qazancının böyük hissəsini mənimsəyir. ABŞ Maliyyə Nazirliyinin hesablamalarına görə, bu sxemlər, ehtimal ki, kütləvi qırğın silahları və ballistik raketlərin yaradılması proqramlarının maliyyələşdirilməsi üçün yüz milyonlarla dollar gəlir gətirir.

ABŞ tərəfi həmçinin iddia edir ki, bəzi mütəxəssislər məxfi məlumatları oğurlamaq və zərərli proqramlar yaymaq üçün korporativ şəbəkələrə giriş imkanlarından istifadə edirlər.

Oxşar xəbərlər

Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər