Qırğızıstan Prezidenti Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi təsdiqləyib
Far.Az xəbər saytı

Qırğızıstan Prezidenti Azərbaycanla ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişi təsdiqləyib


Qırğızıstan Prezidenti Sadır Japarov "Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərin ikiqat tutulmasının aradan qaldırılması, vergilərdən yayınmanın və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Saziş"in ratifikasiyası barədə qanunu imzalayıb.

“Report” xəbər verir ki, sənəd Qırğızıstan Prezidentinin saytında dərc edilib.

Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb və oktyabrın 23-də Qırğızıstan parlamenti tərəfindən ratifikasiya edilib.

Administrasiyanın məlumatına görə, sazişdə bir dövlətin rezidentlərinin digər razılığa gələn dövlətdə ayrı-seçkilik xarakterli vergilərdən qorunması; vergidən yayınmanın və sazişin müddəalarından sui-istifadənin qarşısının alınması; sazişin şərtlərinə əməl olunmasını təmin etmək üçün iki dövlətin səlahiyyətli orqanları arasında qarşılıqlı məlumat mübadiləsi nəzərdə tutulur.

Ümumilikdə saziş Azərbaycan və Qırğızıstan arasında vergi qanunvericiliyinə vahid yanaşma formalaşdırır, eləcə də Qırğızıstan iqtisadiyyatının müxtəlif sahələrinə xarici investisiyalar üçün əlverişli şərait yaradır.

Oxşar xəbərlər

Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər