Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib
Far.Az xəbər saytı

Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib


Rusiya Prezidenti Vladimir Putin “Oreşnik” raket sisteminin seriyalı istehsalını elan edib.

“Far.Az” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya lideri müvafiq bəyanatı Müdafiə Nazirliyi rəhbərliyi və Rusiyanın müdafiə sənaye kompleksi nümayəndələri ilə müşavirədə səsləndirib.

“Hesab edəcəyik ki, bu sistemin seriyalı istehsalı ilə bağlı qərar qəbul edilib. Bəli, əslində, o, praktiki olaraq təşkil edilib”, – Putin əlavə edib.

O vurğulayıb ki, bu silahın xüsusi gücünü və qüdrətini nəzərə alaraq, sistem “məhz Strateji Təyinatlı Raket Qoşunlarının silahlanmasına veriləcək”.

Qeyd edək ki, noyabrın 21-də Rusiya qoşunları Ukraynanın şərqində Dneprdəki “Yujmaş” hərbi zavoduna kütləvi zərbə endirib. Ukrayna tərəfinin məlumatına görə, hücum nəticəsində iki nəfər xəsarət alıb.

Rusiya Prezidenti öz vətəndaşlarına müraciətində Rusiyanın nüvəsiz hipersəs təchizatlı ballistik raketlə zərbə endirdiyini bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Qazaxın azad olunan kəndlərində Azərbaycan bayrağı dalğalanır - Ermənistanla sərhəddən REPORTAJ
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər