Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Far.Az xəbər saytı

Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib.

Far.Az xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"İspaniyada baş vermiş faciəvi dəmir yolu qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İspaniya hökumətinə və xalqına səmimi başsağlığımızı bildiririk. Bu faciədən zərər çəkən hər kəsə mənəvi dəstəyimizi ifadə edirik. Xəsarət alanların tezliklə və tam sağalmasını arzulayırıq", - paylaşımda qeyd olunub.

Xatırladaq ki, İspaniyada Toledo vilayətindəki Urda stansiyası yaxınlığında "Renfe" və "Iryo" qatarlarının toqquşması nəticəsində dəmir yolu qəzası baş verib. Son məlumatlara görə, azı 64 nəfər həlak olub.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
İspaniyada üçgünlük ümummilli matəm elan edilib - Yenilənib
Azərbaycan XİN Kanadaya başsağlığı verib
İspaniyada dəmiryol qəzasında ölənlərin sayı 68 nəfərə çatıb - Yenilənib-4
Azərbaycan Çinə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər