Premyer Liqa: "Turan Tovuz" "Sabah"la bərabərə qalıb
Far.Az xəbər saytı

Premyer Liqa: "Turan Tovuz" "Sabah"la bərabərə qalıb


"Turan Tovuz" Misli Premyer Liqasında "Sabah"la heç-heç edib.

"Far.Az"un məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan XIV turun oyununda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Görüşdə hesabı meydan sahibləri açıb. 12-ci dəqiqədə Otto Con adını tabloya yazdırıb. "Bayquşlar"a 1 xal qazandıran qolu isə 67-ci dəqiqədə Coy Lens Mikels vurub.

Bu nəticənin ardından Kurban Berdıyevin rəhbərlik etdiyi "Turan Tovuz" 27 xalla üçüncü sırada qərarlaşıb. "Sabah" isə 19 xalla beşincidir.

Qeyd edək ki, ötən gün "Araz-Naxçıvan" "Kəpəz"i iki cavabsız qolla üstələyib. Tura noyabrın 24-də yekun vurulacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" səfərdə "Sumqayıt"a qalib gəlib
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər