Bədənin hansı hissələri hər gün yuyulmalıdır? - Dermatoloqlar açıqladı
Şampunun tərkibindəki maddələrin bədən dərisindəki məsamələri bağlamaması üçün əvvəlcə saçınızı, sonra bədəninizi yumalısınız.
BAKU.WS medicina.az-a istinadən xəbər verir ki, bu barədə "Health"a ekspertlər məlumat veriblər.
Dermatoloqlar duşda ilk növbədə saçınızı yumağı məsləhət görürlər. Məsələ burasındadır ki, bir çox şampun və kondisionerlərin tərkibində saçları qidalandıran, lakin bədəndə sızanaq və follikulit yarada bilən maddələr var.
"Zərurət olmadıqca hər gün başı, kürəyi, döş qəfəsini, mədə, bud və çiyinləri yumaq lazım deyil. Ancaq hər gün qasıq və qoltuqları yumaq lazımdır. Çünki bu gölgələrdə tər və qoxu istehsalından məsul olan apokrin vəziləri var", - deyə dermatoloqlar bildiriblər.
Onların sözlərinə görə, göbələk infeksiyası riskini azaltmaq üçün hər dəfə duş qəbul edərkən ayaqları, o cümlədən barmaqların arasını sabunla yumaq lazımdır.
"Çox tərləyəndə, üzdükdən və ya idmandan sonra mütləq duş qəbul etməlisiniz. Digər hallarda gündəlik duşa ehtiyac yoxdur.
Ekzeması və ya dərisi quru olan insanlar üçün həftədə üç-dörd dəfə duş qəbul etmək kifayətdir", - deyə ekspertlər vurğulayıblar.
BAKU.WSOxşar xəbərlər
DİQQƏT! Xərçəng xəstəliyinə tutulmamaq üçün bunları edin - FOTO - ARAŞDIRMA
Toyota Prius: Hibrid Avtomobillərin atası
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Stres keçirən hər kəs xərçəngə tutulur? - ARAŞDIRMA
Qərbi Nil virusu nədir? - Zibilxanalarda çoxalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq













