Salyanda 23,8 min tondan çox pambıq yığılıb
Far.Az xəbər saytı

Salyanda 23,8 min tondan çox pambıq yığılıb


Salyan rayonunda 8 933 hektar pambıq sahəsində məhsul yığılıb.

Bu barədə “Far.Az”un Aran bürosuna Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) bildirilib.

Məlumata əsasən, cari təsərrüfat ilində rayonda 10 636 hektar sahədə pambıq əkilib.

Yığımın ilk günündən tarlalara 48 pambıqyığan maşın cəlb edilib. Builki mövsümdə havaların yağıntılı keçməsinə baxmayaraq, indiyədək rayon üzrə 23 848 ton məhsul tədarük məntəqələrinə təhvil verilib.

Hazırda tarlalarda pambıq yığımı davam edir.

Oxşar xəbərlər

Neftçalada 21,7 min ton pambıq istehsal edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan pambıq mahlıcı ixracını 2 dəfə artırıb
Salyanın pambıq tarlalarında məhsulun 95 faizi maşınlarla yığılacaq
Azərbaycanda bəzi bitkilər üzrə yalnız məhsul subsidiyası veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər