Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA
Far.Az xəbər saytı

Bu avtomobillərin satış xərcləri azala bilər - YENİ AÇIQLAMA


Azərbaycanda 2027-ci ildən ikinci əl avtomobillərin satışı və mənzillərin təkrar dövriyyəsi ilə bağlı yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Təklif olunan dəyişikliklər avtomobil və daşınmaz əmlak bazarında xərclərin azaldılmasına hesablanıb.

Far.Az-in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Deputatın sözlərinə görə, istehsal müddəti beş ildən çox olmayan ikinci əl avtomobillərin satışı üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad ediləcək:

"Bu güzəştin tətbiqi həmin avtomobillərin satış xərclərinin azalmasına və bazarda qiymətlərin formalaşmasına müsbət təsir göstərə bilər.Vergi dəyişiklikləri mənzillərin təkrar satışını da əhatə edəcək. Belə ki, mənzillərin təkrar satışı zamanı ƏDV-dən azadolmanın növbəti üç il ərzində tətbiqi nəzərdə tutulur".

Deputat digər mühüm yeniliyin köhnə yaşayış binalarının sökülərək yerində yeni binaların inşa edilməsi ilə bağlı olduğunu qeyd edib:

"Təklif olunan mexanizmə əsasən, köhnə yaşayış binasının sökülərək yerində yeni çoxmənzilli bina tikildiyi zaman ƏDV hesablanarkən əvvəlki binanın sahəsi nəzərə alınaraq çıxılacaq. Yəni vergi yeni tikilinin ümumi sahəsi üzrə deyil, əvvəlki binanın sahəsi çıxıldıqdan sonra qalan hissə üzrə tətbiq ediləcək.

Bu yanaşma xüsusilə pilot layihələr çərçivəsində köhnə yaşayış binalarının yerində yeni binaların inşası zamanı tikinti xərclərinin azalmasına imkan verəcək".

Orxan Hüseyn

Oxşar xəbərlər

Azərbaycanın yeni sənaye modelinin konturları - TƏHLİL
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər