On ayda "Məktəblinin dostu" layihəsi çərçivəsində 92 məişət zorakılığı halı aşkarlanıb, 4 şagird sığınacağa yerləşdirilib
Far.Az xəbər saytı

On ayda "Məktəblinin dostu" layihəsi çərçivəsində 92 məişət zorakılığı halı aşkarlanıb, 4 şagird sığınacağa yerləşdirilib


Bu ilin ilk 10 ayında "Məktəblinin dostu" layihəsi çərçivəsində fəaliyyət göstərən əməkdaşlar tərəfindən 92 məişət zorakılığı halı aşkarlanıb, 4 şagird sığınacağa yerləşdirilib

"Far.Az" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, həmin hallar barədə Uşaqların Müdafiəsi İdarəsinə məlumat verilib:

"Hər bir hal araşdırıldıqda məlum olub ki, 42-si davamlı və daha ciddi məsələdir. Baş verən bütün bu hadisələrlə bağlı müvafiq təşkilatlara müraciət edilib və məişət zorakılığı ilə əlaqədar olaraq 4 şagird sığınacaq mərkəzinə yerləşdirilib".

G.Səfərova həmçinin bildirib ki, aşkarlanan 10 məişət zorakılığı hallarında zorakılığı törədən şəxslər valideynlər deyil, ailənin digər üzvləri (ögey ana, ögey ata və ya digər qohumlar) olub:

"Ötən tədris ilində məktəblərdən 5 ailədaxili zorakılıq və 2 erkən nikaha cəhd faktı ilə bağlı məlumat daxil olub".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb
Leyla Əliyeva Türkmənistanda beynəlxalq konfransda iştirak edib
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər