Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib
Far.Az xəbər saytı

Həkim xəstəxana tualetlərində 874 qadını gizlicə kameraya çəkib


Avstraliyanın Melburn şəhərində üç xəstəxananın tualetində qadın həmkarlarını gizlicə videoya çəkən 28 yaşlı həkim Rayan Çonun məhkəmə prosesi davam edir. İttiham tərəfinin məlumatına görə, çəkilişlər 874 qadını əhatə edib.

BAKU.WS "Mothership"ə istinadən xəbər verir ki, sinqapurlu həkim iyulda 900-dən çox epizodu əhatə edən 13 ittiham üzrə təqsirini etiraf edib.

İstintaq müəyyən edib ki, Ço 2021–2025-ci illərdə çalışdığı xəstəxanaların tualetlərində gizli çəkilişlər aparıb. Ondan üç mindən çox video aşkarlanıb.

Son məhkəmə iclasında ifadə verən zərərçəkənlər hadisənin onlara ağır psixoloji təsir göstərdiyini bildiriblər. Bəziləri hələ də iş yerində tualetdən istifadə etməkdən qorxduqlarını deyiblər.

Hökmün 2027-ci il fevralın 12-də elan olunması gözlənilir. Çonu 10 ildən çox həbs cəzası və daha sonra Avstraliyadan deportasiya gözləyə bilər.

Oxşar xəbərlər

HONOR flaqmanı əlçatan edir: 200 MP kamera və "AI Şəkildən Videoya" funksiyasına sahib 600 seriyası
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva Tiranada "Hannah və Rosafa" uşaq evini və "Mother Teresa" Universitet Xəstəxana Mərkəzini ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər