Növbəti köç karvanları Ağdərə, Xocalı və Xocavəndə çatıb - Yenilənib-2
Xocalı və Ağdərə rayonlarının kəndlərinə noyabrın 27-də növbəti köç prosesi həyata keçirilib, sakinlərə açarlar təqdim edilib.
"Report" xəbər verir ki, mərasimdə Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.
Xocavənd şəhərinə və Quzeyxırman kəndinə yola salınan növbəti köç karvanı məntəqəyə çatıb, sakinlərə açarlar təqdim edilib.
"Report" xəbər verir ki, açarların verilmə mərasimində Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib.
Kəndə köçürülən ailələr müasir tələblərə cavab verən evlərdə məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd şəhərinə 7 ailə (30 nəfər), Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun Vəngli, Çıldıran, Kolatağ və Heyvalı, Xocalı rayonunun Badara, Xanyurdu və Xanabad kəndlərinə, Xocavənd şəhəri və rayonun Quzeyxırman kəndinə növbəti köç karvanı yola salınıb.
"Report" xəbər verir ki, bu mərhələdə Ağdərənin Vəngli kəndinə 10 ailə (42 nəfər), Çıldıran kəndinə 15 ailə (49 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə 1 ailə (1 nəfər), Xocalının Badara kəndinə 4 ailə (7 nəfər), Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə 8 ailə (33 nəfər), Xocavənd şəhərinə 7 ailə (30 nəfər), Xocavəndin Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Növbəti köç karvanı Xocavəndə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanları Zəngilan şəhərinə, Şükürbəyli kəndinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanları Ağdam və Xocavənd şəhərlərinə çatıb, açarlar təqdim edilib
Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib
Növbəti köç karvanı Horovlu və Sos kəndinə çatıb, açarlar təqdim olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













