Danışıqların boykot edilməsi və dərin fikir ayrılıqları: Aİ liderləri büdcə ilə bağlı qərarı təxirə salıblar
Avropa İttifaqının (Aİ) 2028–2034-cü illər üçün yeni uzunmüddətli büdcəsinə həsr olunmuş xüsusi sammiti nəticəsiz başa çatıb: ölkələr arasındakı fikir ayrılıqları o qədər dərin olub ki, Avropa Şurasının sədri Antonio Koştanın kiçik qruplarda əlavə məsləhətləşmələr təşkil etmək cəhdi xərclərin azaldılmasının tərəfdarı olan yeddi dövlətin boykotu ilə üzləşib.
"Far.Az"un Avropa bürosunun məlumatına görə, uzun sürən danışıqlardan sonra liderlər gələcək büdcənin əsas parametrləri üzrə mövqeləri yaxınlaşdıra bilməyiblər və bu barədə gecə saat bir radələrində keçirilən brifinqdə Koşta özü bildirib.
Onun təklif etdiyi məsləhətləşmə formatı da nəticə verməyib. Yeddi ölkənin - Almaniya, Niderland, Avstriya, Danimarka, İsveç, Finlandiya və Belçikanın nümayəndələri bu təşəbbüsü qrupu bölmək və ayrı-ayrı dövlətlərlə danışıqlar aparmaq cəhdi kimi qiymətləndirərək bu müzakirələrdə iştirakı davam etdirməkdən imtina ediblər.
Nəticədə liderlər görüşün noyabrın 27-də davam etdirilməsindən imtina edərək sammitə cümə gününə keçən gecə yekun vurublar.
Danışıqların növbəti raundu dekabrın 17-də - Aİ dövlət və hökumət başçılarının bu il üçün sonuncu görüşündə baş tutacaq. Beləliklə, Koştanın kompromis hazırlamaq və ilin sonuna qədər razılaşmaya nail olmaq üçün bir aydan az vaxtı qalır.
Əsas ziddiyyət büdcənin ümumi məbləği və vəsaitlərin bölüşdürülməsi ilə bağlıdır. Yeddi ölkə danışıqlarda təqdim olunan son təkliflə müqayisədə xərclərin daha da azaldılmasına nail olmağa çalışır.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NASA "Voyager-1"dən məlumatların ötürülməsini bərpa etməyə çalışır
-
İsrail "Hizbullah"ın Livanın cənubundakı hədəflərinə zərbələr endirib
-
Serbiyada "Informer" telekanalının baş redaktoru həbs edilib
-
Mask hər il ABŞ-dəki uşaqlara "SpaceX" səhmlərini hədiyyə edəcəyinə söz verib
-
Parisdə minlərlə məktəbli və tələbə etiraz aksiyası keçirib
-
UEFA Avropa Liqası: "Beşiktaş" İsrail klubunu məğlub edib













