NYP: Baydenin memuarlarının satışı uğursuz olub
ABŞ-nin keçmiş prezidenti Co Baydenin "Mənə söz ver, Amerika" ("Promise Me, America") xatirələrinin satışı müəllifin 10 milyon dollarlıq avansına baxmayaraq, uğursuz olub.
"Report" "New York Post"a (NYP) istinadən xəbər verir ki, kitabı ilk həftə ərzində cəmi 21 min nəfər alıb.
Qeyd olunur ki, 480 səhifəlik kitab noyabrın 17-də satışa çıxarılıb. Rəyçilər faktiki qeyri-dəqiqlikləri və hadisələrin tənqidi dərk edilməməsini aşkarlayıblar.
NYP tərəfindən rəyi soruşulan Baydenin keçmiş köməkçiləri kitabın aşağı satışlarını fərqli qiymətləndiriblər. Onlardan biri keçmiş prezidentin artıq ictimaiyyətin marağına səbəb olmadığını söyləyib. Digəri nəticələrdən təəccübləndiyini bildirib və kitabın böyük avans səbəbiylə satışa çıxarıldığını deyib.
Kitabın satışı keçmiş demokrat prezidentlərin digər kitablarından xeyli aşağı olub. Barak Obamanın "Vəd edilmiş torpaq" xatirələri ilk gündə 800 mindən çox nüsxə satılıb, həftə ərzində satışlar bir milyon nüsxəyə çatıb. Bill Klintonun "Mənim həyatım" adlı xatirəsi iki həftə ərzində bir milyon nüsxə satılıb.
"New York Post" keçmiş birinci xanım Cill Baydenin, Ağ Evin keçmiş mətbuat katibi Karin Jan-Pyer və sabiq prezidentin oğlu Hanter Baydenin də kitablarının satışlarının az olduğunu qeyd edib.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Bakı Kitab Mərkəzində "Zəfər sevinci" adlı musiqili-ədəbi gecə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Konstitusiya Məhkəməsi: Vətəndaşlar adlarını bir neçə dəfə dəyişə bilər
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
"Bank of Baku"nun sədrinin səlahiyyət müddəti uzadıla bilər













