UKMTO: Silahlı qruplaşma Yəmən sahillərində yük gəmisini ələ keçirib
Far.Az xəbər saytı

UKMTO: Silahlı qruplaşma Yəmən sahillərində yük gəmisini ələ keçirib


Yəmənin cənub sahilləri yaxınlığında, Ədən körfəzindən keçən gəmi bir qrup naməlum şəxs tərəfindən ələ keçirilib.

"Far.Az" xəbər verir ki, bu barədə noyabrın 28-i Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bildirib.

Kapitanın sözlərinə görə, silahlı şəxslər Qrinviç vaxtı ilə saat 06:30-da icazəsiz göyərtəyə qalxıblar. Həmin an gəmi Yəmənin Balhaf şəhərindən 64 dəniz mili (təxminən 118 km) məsafədə olub. UKMTO-nun məlumatına görə, gəmi hələ də silahlı qruplaşmanın nəzarəti altındadır.

Yerli hakimiyyət orqanları hadisə barədə məlumat alıblar və araşdırma aparırlar. UKMTO bu ərazidən keçən gəmilərin heyətlərini ehtiyatlı olmağa və istənilən şübhəli fəaliyyət barədə idarəyə məlumat verməyə çağırıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər