Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib
Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib.
"Report"un məlumatına görə, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA, Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, eləcə də müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
İlk olaraq iştirakçı komandalar meydana dəvət olunublar. Ardınca Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Fərid Qayıbov yarışın beşinci dəfə təşkil edildiyini xatırladıb:
"Hər bir iştirakı quruma təşəkkür edirəm. Oyunlar gərgin mübarizə şəraitində keçir. Hər dəfə olduğu kimi yenə maraqlı mübarizə olacaq. Bu turnir idmanın kütləviliyi üçün çox vacibdir".
AMF-nin icraçı vitse-prezidenti Taleh Nəsibov iştirakçılara uğurlar arzulayıb:
"Azərbaycanda minifutbola xüsusi diqqət göstərilir. Minifutbol millimiz bu il tarixində ikinci dəfə Avropa çempionu oldu. Hər turnir bu idman növünün inkişafına təkan verir. Yarışa qatılan qurumlara minnət. Sizin burada iştirakınız birlik nümunəsidir".
Açılış mərasimi bədii hissə ilə davam edib, ardınca turnirin ilk oyunu start götürəcək.
Qeyd edək ki, 40 dövlət qurumunun qatıldığı yarış 2027-ci ilin mayında başa çatacaq.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər













