Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib
Far.Az xəbər saytı

Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib


Gənclər və idman naziri Fərid Qayıbov Misir Ərəb Respublikası arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun icrası çərçivəsində Azərbaycana səfər edən bu ölkənin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib.

"Report" xəbər veirr ki, Misir Ərəb Respublikası Gənclər və İdman Nazirliyinin İdmanın İnkişafı üzrə Mərkəzi Administrasiyasının rəhbəri doktor Mahmud Abdeləziz Abdalla Alinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş zamanı iki ölkə arasında gənclər və idman sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Həmçinin qarşılıqlı təcrübə mübadiləsinin təşviqi, idman sahəsində birgə layihə və təşəbbüslərin həyata keçirilməsi, eləcə də gənclər siyasəti istiqamətində əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan əməkdaşlıq istiqamətlərinin praktiki icrasını və gələcək birgə fəaliyyət imkanlarını müzakirə ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib - MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər