Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır
Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sistemi üzrə neft nəqlinin həcmi 2026-cı ilin yekunlarına görə ötən ilin rekord göstəricisi ilə müqayisədə bir qədər azalacaq.
"Far.Az" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Transneft" şirkətinin vitse-prezidenti Vladimir Kalanda konsorsiumun 30 illiyinə həsr olunmuş "Bir marşrut - iki dövlət" sənədli filmində bildirib.
"2026-cı ilin yekunlarına görə, CPC sisteminin 70,5 milyon ton neft yola saldığı 2025-ci ilin rekord səviyyəsi ilə müqayisədə cüzi azalma baş verəcək. Bu, aydın və hamıya məlum olan obyektiv amillərlə bağlıdır", - o deyib.
CPC Qazaxıstanın qərbindəki neft yataqlarını (Tengiz, Qaşaqan və Qaraçaqanaq), həmçinin Xəzər şelfindəki Rusiya yataqlarını Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Boru kəməri sisteminin uzunluğu təxminən 1,5 min km təşkil edir.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
-
Hesablama Palatasında yeni şöbə yaradılıb, müdiri təyin edilib
-
Ukrayna gələn il ÜDM-in rekord - 43 %-ni müdafiə xərclərinə yönəltməyi planlaşdırır
-
Lənkəranda avtomobil qəzaya uğrayaraq yanıb, ölən və xəsarət alanlar var
-
Gürcüstanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb
-
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər













