Azərbaycan Efiopiya ilə ticarət, investisiya və “yaşıl enerji” üzrə əməkdaşlığı müzakirə edib
Efiopiya Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.
“Far.Az” xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Efiopiyanın Baş nazirinin ofisində dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüşdə ölkələr arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, “yaşıl enerji” sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.
Həmçinin əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.
Oxşar xəbərlər
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Epilepsiyanın beyin sağlamlığını məhv etdiyi müəyyən olunub
-
Trampla Putinin danışıqlarına hazırlıq görülür
-
Futzal üzrə Azərbaycan Kubokunda 1/4 finalçılar məlum olub
-
Fransada müxalifət yanvarın 16-da hökumətə etimadsızlıq səsverməsi tələb edə bilər
-
Sumqayıtda avtomobildə yanaraq ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB
-
İspaniya Superkuboku: “Barselona” “Real Madrid”i darmadağın edib