

Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Dekabrın 24-25-də İslamabadda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
“Far.Az” Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin özəlləşdirmə və investisiya naziri Abdul Alim Xan məlumat verib.
Alim Xan noyabrın 28-də investisiya və özəlləşdirmə məsələlərində irəliləyişin qiymətləndirilməsinə həsr olunmuş görüşə sədrlik edib. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin də videobağlantı vasitəsilə görüşdə iştirak edib.
Səfir bildirib ki, Azərbaycan Pakistana G2G modeli üzrə investisiya qoymaqda və dövlət müəssisələrinin özəlləşdirilməsində iştirakda maraqlıdır. O əlavə edib ki, Azərbaycan Pakistanda M6 (Sukkur-Heydərabad) və M9 (Kəraçi-Heydərabad) altı zolaqlı magistral yollarının tikintisinə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirir. Öz növbəsində, Alim Xan səfirdən dekabrın 24-də başlayacaq Pakistan-Azərbaycan Birgə Komissiyasının ikigünlük iclasına qədər hazırlıq işlərini tamamlamağı xahiş edib.
Nazir həmçinin qeyd edib ki, Pakistan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə özəlləşdirmə, investisiya və kommunikasiya sahələrində əlaqələndirilmiş tədbirlər vasitəsilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bunun üçün Türkiyə, Azərbaycan və Özbəkistan səfirləri ilə ayrı-ayrılıqda görüşlər keçirməyi planlaşdırır.
Alim Xan bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət məsələlərində Pakistan üçün Şərqi Avropaya açılan qapı ola bilər və bunun üçün əlimizdən gələni etməliyik.
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının əvvəlki iclası 2021-ci il dekabrın 2-də Bakıda keçirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Pakistan mətbuatı Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
Pakistan mətbuatı Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən humanitar layihələrdən yazıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Pakistanla işgüzar dairələr arasında əlaqələrin möhkəmləndirilməsini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alan 24 nəfərin son durumu açıqlanıb
-
Ağdam-Füzuli yolunda mikroavtobus aşıb, 20 nəfər xəsarət alıb
-
Bakıda dəhşətli QƏZA - Motosiklet yük maşınına çırpıldı, kuryer ÖLDÜ
-
Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub
-
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
-
Tofiq Bəhramov adına Respublika stadionu ESSMA-ya rəsmi olaraq üzv qəbul edilib