Dövlət qurumlarının “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulması üçün yoxlamalar davam edir
Ötən ilin avqust ayında imzalanan “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanın icrası ilə əlaqədar bu günə qədər 73 dövlət qurumundan onların elektron sənəd dövriyyəsi sistemlərinin altsistemə inteqrasiyası üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi üzrə rəy verilməsi barədə müraciətlər daxil olub.
Bu barədə “Far.Az-Economics”ə Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, daxil olmuş müraciətlər əsasında Xidmət tərəfindən aparılan informasiya təhlükəsizliyi auditləri zamanı dövlət qurumlarının istifadəsində olan daxili elektron sənəd dövriyyəsi sistemlərində aşkarlanan informasiya təhlükəsizliyi boşluqları və onların aradan qaldırılması istiqamətində tövsiyələr həmin dövlət qurumlarına göndərilmişdir. Hazırda informasiya təhlükəsizliyi üzrə müsbət rəy almış 63 dövlət qurumunun daxili elektron sənəd dövriyyəsi sistemi mühafizə olunan telekommunikasiya kanalları - AzStateNet data şəbəkəsi vasitəsilə “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminə qoşulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2023-cü il tarixli 2279 nömrəli “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərmanının 8-ci bəndlərinə əsasən dövlət orqanlarının istifadəsində olan elektron sənəd dövriyyəsi sistemlərinin və həmçinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Rəqəmsal Sənəd Dövriyyəsi” altsisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəyin verilməsi və mühafizə olunan telekommunikasiya kanalları ilə təmin edilməsi Xidmətə tapşırılıb.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
SN: Azərbaycanda meymunçiçəyi xəstəliyinə dair şübhəli hallar qeydə alınmayıb - YENİLƏNİB
SN: Azərbaycanda bu günədək meymunçiçəyi xəstəliyinə dair şübhəli hallar qeydə alınmayıb
Bəzi inzibati mübahisələr üzrə iddia ərizələrini elektron qaydada məhkəmələrə göndərmək mümkün olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Azərbaycan şəkər ixracından qazancını 4 dəfədən çox artırıb
-
Elçin Əmirbəyov: TDT qarşılıqlı əlaqəlilik layihələrinin həyata keçirilməsi üçün mühüm platformaya çevrilir
-
Türkiyə Ali Məhkəməsinin nümayəndə heyəti Xankəndidə bərpa işləri ilə tanış olub
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













