Azercell Böhran İdarəetmə Qrupu layihəsinin əhatə dairəsini genişləndirir
Şirkət regionlarda böhran hazırlığını gücləndirmək üçün silsilə təlimlərə davam edir
Azercell rabitə infrastrukturunun dayanıqlığının artırılması və böhran hallarına hazırlığın gücləndirilməsi məqsədilə həyata keçirdiyi "Böhran İdarəetmə Qrupu" (BİQ) layihəsinin əhatə dairəsini genişləndirir. Layihənin növbəti mərhələsi çərçivəsində Aztelekom-un Şimal-Şərq Regional Filialının əməkdaşları üçün xüsusi təlim proqramı təşkil olunub.
Təlimlər zamanı iştirakçılar böhran şəraitində rabitə şəbəkəsinin fəaliyyətinin davamlılığının təmin edilməsi, operativ qərarvermə, qəza-bərpa proseslərinin idarə olunması və qurumlararası koordinasiya üzrə nəzəri və praktiki biliklərini inkişaf etdiriblər. Proqram böhran hallarına hazırlıq səviyyəsinin artırılması və regional texniki komandaların peşəkar bacarıqlarının gücləndirilməsinə xidmət edir.
Layihənin növbəti mərhələlərində analoji təlimlərin il ərzində Aztelekom-un bütün regional filiallarında keçirilməsi planlaşdırılır. Bu təşəbbüs ölkənin müxtəlif bölgələrində böhran vəziyyətlərinə çevik reaksiya verə bilən peşəkar texniki resursların formalaşdırılmasına və vahid fəaliyyət standartlarının tətbiqinə töhfə verəcək.
Qeyd edək ki, "Dayanıqlı rabitə, təhlükəsiz həyat!" şüarı altında 2024-cü ildən etibarən Azercell, Aztelekom və Azerkosmos-un əməkdaşlığı ilə həyata keçirilən "Böhran İdarəetmə Qrupu" layihəsi rabitə xidmətlərinin davamlılığının təmin olunmasına yönəlmiş milli əməkdaşlıq modelidir. Layihə təbii fəlakətlər, texnogen qəzalar və digər böhran hallarında operativ informasiya mübadiləsini, resursların çevik səfərbər edilməsini və qəza-bərpa işlərinin koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edən vahid idarəetmə mexanizminin formalaşdırılmasını nəzərdə tutur.
Qalereya
Oxşar xəbərlər
FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışında iştirak edib
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu













