Kramatorskda yaşayan azərbaycanlıların evləri və biznesi məhv oldu
Ukraynanın Kramatorsk şəhərini Rusiya ordusunun bombalaması nəticəsində burada yaşayan azərbaycanlılar zərər çəkiblər.
Far.Az "Report"a istinadən xəbər verir ki, Donetsk vilayətində Ukraynanın nəzarətində qalan bu şəhərdə zərər çəkənlərdən biri Kramatorskda Azərbaycan diasporunun rəhbəri Mübariz Rüstəmovdur.
Ona məxsus 500 kvadratmetrlik ticarət obyekti, obyektə məxsus avtomobillər raket və dron zərbələrindən tamamilə məhv olub.
Aviazərbələr nəticəsində bu şəhərdə yaşayan digər azərbaycanlı, 1960-cı il təvəllüdlü İsmayılov Niyyətullanın da evi ciddi zərər görüb, özü isə yaralanıb. Zərbələr nəticəsində onun avtomobili də sıradan çıxıb.
Kramatorskda yaşayan Həsən Məmmədovun da yaşadığı yer dron zərbələri nəticəsində yararsız hala düşüb.
Qeyd edək ki, Kramatorsk şəhəri daimi atəş altındadır.
Qalereya
Oxşar xəbərlər
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Mübariz Şahmurov dəfn olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şamaxı-İsmayıllı yolunda "Audi" yanıb
-
Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib
-
Sabaha 39° isti gözlənilir
-
AYNA yeni ekspres avtobusların hərəkət istiqamətini açıqlayıb
-
Konstantinos Vasiliadis: "Neftçi" rəhbərliyi ilə baxışlarımız tam üst-üstə düşür"
-
Dəmir yolu ətrafında yaşayanların NƏZƏRİNƏ!













