"Bu gün də Qurban müəllimin yanındayam" - Tahir Gözel
"Qarabağ" FK-nın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin Kiyev "Dinamo"su ilə cavab oyunu ərəfəsində komandasının hədəflərinin böyük olduğunu və onlara inandığını bildirib.
Far.Az xəbər verir ki, bu barədə "Qarabağ"ın sosial şəbəkə hesablarında paylaşım edilib.
Tahir Gözəl həmçinin azarkeşlərə səslənib: "Möhtəşəm bir mövsümü geridə qoyduqdan sonra 2026/27 mövsümünə böyük hədəflər və böyük inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı qarşılaşmaları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın "Qarabağ"a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm.
Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar yaşamışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar.
İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. "Dinamo" ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir.
Gəlin hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və "Qarabağ"ımıza olan inamımızı tribunadan hiss etdirək".
Oxşar xəbərlər
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
UEFA Konfrans Liqası: "Dinamo" "Neftçi" ilə oyunda hesabda önə keçib - YENİLƏNİR-7
"Zirə" "Payde" kollektivi ilə bərabərə qalaraq UEFA Konfrans Liqası ilə vidalaşıb - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













