Azərbaycan Kuboku: "Araz-Naxçıvan" 1/4 finala vəsiqə qazanıb
"Araz-Naxçıvan" klubu futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanıb.
"Far.Az"un məlumatına görə, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda "Mingəçevir"lə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Premyer Liqa klubunda qolları 5-ci dəqiqədə Ülvi İsgəndərov, 21-ci dəqiqədə Bernardo Dias, 66-cı dəqiqədə Sezar Meza Kolli vurublar.
"Mingəçevir"in heyətində 80-ci dəqiqədə Elmin Bayramov fərqlənib.
"Araz-Naxçıvan" növbəti raundda "Zirə" - "Şamaxı" matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl "Səbail" 1/4 finala yüksəlib. Günün son oyununda "Sabah" və "Turan Tovuz" klubları münasibətlərə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Qarabağ" "Tottenhem"ə məğlub olub - YENİLƏNİB-8
"Qarabağ" "Neftçi"ni üç cavabsız qolla məğlub edib - YENİLƏNİB - 6
"Turan"ın 70 yaşlı təsisçisi: "Klubun tarixi adını geri qaytarmaq olar" - MÜSAHİBƏ
STM dövlət orqanlarının kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq keçirib
Azərbaycan Kubokunda II təsnifat mərhələsinə yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













