"Ayaks"ın 41 yaşlı qapıçısı Erediviziya tarixinə düşüb
Far.Az xəbər saytı

"Ayaks"ın 41 yaşlı qapıçısı Erediviziya tarixinə düşüb


Niderlandın “Ayaks” klubunun 41 yaşlı qapıçısı Remko Pasveer ölkə çempionatı tarixinə düşüb.

“Report” "Voetbal International"a istinadən xəbər verir ki, o, Erediviziyanın V turundan təxirə salınmış “Utrext”lə (2:2) oyunda avtoqol müəllifi olub.

Bununla da R.Pasveer Niderland çempionatı tarixinə öz qapısına qol vuran ən yaşlı oyunçu kimi düşüb. Görüşün 80-ci dəqiqəsində “Utrext”in futbolçusu Yoann Katlinin zərbəsindən sonra dirəkdən qayıdan top qapıçıya dəyərək tora daxil olub.

Qeyd edək ki, “Ayaks” 14 turdan sonra turnir cədvəlində 33 xalla ikinci yerdə qərarlaşıb. 32 xala malik “Utrext” isə üçüncüdür.

Oxşar xəbərlər

"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Bu günün valyuta məzənnələri
Azərbaycanda mobil telefon nömrələri 1 000 - 75 000 manata hərraca çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər