Azərbaycanın MMA döyüşçüsü: "Kəməri əldə edəcəyimə inanıram"
Far.Az xəbər saytı

Azərbaycanın MMA döyüşçüsü: "Kəməri əldə edəcəyimə inanıram"


Kəməri əldə edəcəyimə inanıram.

Bunu "Report"a açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov deyib.

O, "Rizin" Döyüş Federasiyasındakı növbəti qarşılaşması haqqında danışıb.

V.Kərəmov "Rizin 49" turnirində braziliyalı rəqibi Roberto Satoşi Souza ilə duelinin önəmli olduğunu söyləyib:

"Bu, kəmər uğrunda görüş olacaq. Kəməri də əldə edəcəyimə inanıram. Özümə inanmadığım gün idmanla vidalaşacağam. İnşallah, kəmər bizim olacaq".

MMA döyüşçüsü rəqibini yaxşı tanıdığını bildirib:

"Onun qarşılaşmalarını daha əvvəl də izləmişəm. Daha çox parterdə mübarizə aparmağa üstünlük verir. Düşünürəm ki, bu görüşdə buna imkan verməməli və ayaqüstə döyüşməliyəm".

Qeyd edək ki, 71 kq çəki dərəcəsindəki döyüş dekabrın 31-də Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Zeyd Döyüş Mərkəzi ilə Azərbaycan MMA və Qrapplinq Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər