Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin eyni adlı mərkəzinə endirdiyi zərbə nəticəsində ölənlərin sayı ona çatıb.
“Report” xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının başçısı İvan Fedorov bildirib.
“Saat 21:00-a (Bakı vaxtı ilə 23:00 – red.) olan vəziyyətə görə, 20 nəfər yaralanıb və on nəfər ölüb”, – məlumatda qeyd olunub.
Bundan başqa, görə, Rusiyanın aviazərbəsi nəticəsində avtotəmir kompleksi dağılıb, mağazalar, çoxmərtəbəli binalar və s. infrastruktura ziyan dəyib.
Eyni zamanda, Milli Polisin dəqiqləşdirməsinə əsasən, vilayətə iki zərbə endirilib – biri Zaporojye şəhərinə, digəri eyni adlı rayona. İkincisi açıq əraziyə düşüb.
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Zaporojye vilayətinin mərkəzinə endirdiyi zərbə nəticəsində azı yeddi nəfər ölüb, yaralıların olduğu bildirilir.
“Report” xəbər verir ki, bu barədə və sosial şəbəkədə məlumat yayıb.
Belə ki, yerli vaxtla 18:00 (Bakı vaxtı ilə 20:00) radələrində vilayətin mərkəzində partlayış səsləri eşidilib. Vilayət hərbi administrasiyasının başçısı İvan Fedorov partlayışın olduğunu təsdiqləyib və texniki qulluq stansiyasının yandığını qeyd edib.
Bəzi icmalarda elektrikin verilişində fasilələr müşahidə olunur.
Bir müddət sonra yerli hakimiyyət orqanları yeddi nəfərin öldüyünü açıqlayıb. Federov zərərçəkmişlərdə qəlpə yaraları və baş zədələrinin olduğunu deyib. Zərərçəkmişlərin arasında uşaqların olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Rusiyanın Zaporojyeyə zərbəsi nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
-
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub













