Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
Gəncədə fəaliyyət göstərən "Gəncə Bazar Ticarət Mərkəzi" hərraca çıxarılıb.
Far.Az Gununsesi.info-ya istinadən xəbər verir ki, obyektin ilkin bazar qiyməti 18 milyon 400 min manat təşkil edir.
Avqustun 11-də baş tutacaq ilk hərracda bazarın minimum satış qiyməti 15,640,000 AZN-dir.
Bazarın Gəncənin sabiq icra başçısı Elmar Vəliyevə məxsus olduğu bildirilir.
Xatırladaq ki, bundan əvvəl E. Vəliyevə məxsus 20 hektar ərazidə yerləşən "Grand Qafqaz Ticarət Kompleksi" ("Gəncə Bazar Store" MMC) banka olan kredit borcuna görə hərraca çıxarılmışdı. Bankdan götürülmüş 5 milyon manatlıq kreditin 3 milyon 800 mini qaytarılmamışdı.
Bank bu vəsaitlə yanaşı, 99 min 996 manat faiz borcu gecikmənin hər günü üçün illik 30 faiz dərəcəsi hesablanmaqla və 250 min 589 manat da cərimə olmaqla, ümumilikdə 4 milyon 182 min manat pul tələbi ilə məhkəmədə iddia qaldırmışdı. Tələb olunurdu ki, məhkəmə borcun girov qoyulmuş əmlakın yönəldilməsinə qərar versin.
Oxşar xəbərlər
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Maşın qiymətinə olan telefon nömrələri satışa çıxarıldı - SİYAHI
"Şəhər İçində Şəhər" – Gəncə Park City: Gəncənin yeni nəfəsi, gələcəyin şəhəri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
-
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub













