Rubio Lavrova Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasının vacibliyini bildirib - YENİLƏNİB
ABŞ Dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar zamanı Ukraynadakı müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb.
"Far.Az" xəbər verir ki, bu barədə Rubionun "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.
"Bu gün ASEAN nazirlər görüşü çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüm. Biz ABŞ və Rusiya arasındakı münasibətləri, eləcə də Rusiya ilə Ukrayna arasında müharibənin başa çatdırılmasının vacibliyini müzakirə etdik", - o qeyd edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar zamanı ölkəsinin Ukraynadakı münaqişənin nizamlanmasına hazır olduğunu və Ankoricdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləyib.
"Far.Az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Lavrov və Rubionun Maniladakı görüşünün yekunlarına dair yaydığı məlumatda qeyd olunub.
"Lavrov Rusiya tərəfinin münaqişənin siyasi-diplomatik yolla nizamlanmasına hazır olduğunu və prezidentlər Vladimir Putinlə Donald Trampın Ankoricdə keçirilmiş görüşündə ABŞ tərəfinin irəli sürdüyü təkliflərə sadiqliyini bir daha təsdiqləyib", - XİN-dən bildirilib.
Bundan başqa, Lavrov və Rubio Rusiya ilə ABŞ-nin diplomatik missiyalarının iş şəraitinin normallaşdırılmasını müzakirə edib, habelə təmasları davam etdirməklə bağlı razılığa gəliblər.
"Xarici İşlər nazirliklərinin xətti ilə, o cümlədən iki ölkənin beynəlxalq təşkilatların işində iştirakı çərçivəsində təmasların davam etdirilməsi barədə razılıq əldə olunub", - XİN-dən qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
I Qarabağ müharibəsinin daha üç itkin-şəhidi dəfn olunub
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov: "Fərqli rəqibə qarşı çıxış edəcəyik"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı
-
"Dream Fest" ziyarətçiləri üçün xüsusi ödənişsiz avtobuslar ayrılıb
-
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
-
Güclü fırtına İstanbul hava limanlarının fəaliyyətini pozub













